Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
143-cü Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
144-cü Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
145-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
146-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
147-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
141ci Konkurs
Konkurs 141-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 19-04-2021 08:00:00
Bitmə Tarixi 15-05-2021 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
388
İŞTİRAKÇI SAYI
11 780
ƏMƏLİYYAT SAYI
11 705
ÜMUMİ LOT SAYI
82.4 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
4%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 50%
SELL 50%
Ölkələr üzrə
Azərbaycan: 95%
Rusiya: 2%
İraq: 1%
Pakistan: 1%

Bu konkursun iştirakçıları

Faiz
482 %
Gəlir
$ 17 463.61
Tutduğu yer
1-ci yer 2000 dollar
Müsahibəni oxu
Fuad Ismayilov InvestScore: 5.25
Faiz
369 %
Gəlir
$ 14 073.55
Tutduğu yer
2-ci yer 1000 dollar
Müsahibəni oxu
1.İlk öncə, 141-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Çox sağ olun! Sevindim, heç gözləmirdim qalib olaram.

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

38 yaşım var, ailəliyəm . Avtomobil çilingeri işləyirəm, düzgünlüyü və dəqiqliyi sevirəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Hər zaman FOREX bazarında treyder kimi əməliyyat vermək, qiymətin hərəkətini bilmək istəmişəm.

4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Əvvəlki yarışlarda yüksək nəticələrim olub, ikinci və üçüncü yerə kimi yüksəlmişdim amma nəticəni əldə saxlaya bilməmişdim. Tələsgənlik və səbirsizlik hesabımı dağıtdı.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Texniki və Fundemental analiz metodlarından istifadə edirəm. Maliyyə bazarına aid xəbərlərini izləyirəm, bazara təsirinə baxıb əməliyyat verirəm. İndikatorlardanda istifadə edirəm.

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Uğursuzluqlar məni daha da həvəsləndirirdi, qarşıya qoyulan məqsədə çatmaq lazım idi.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Xeyr, heç düşünmürdüm qalib olaram.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Bəli, nəticəmdən razıyam.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Səbrli olsunlar əməliyyat zamanı tələsməsinlər və kapitalı düzgün bölsünlər.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Hələki bir təklifim yoxdu.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
Təşkilatçılara təşəkkür edirəm, yaratdıqları imkanlara görə. İştirakçılara uğurlar arzulayıram.

Ismail Alizadeh InvestScore: 4.40
Faiz
335 %
Gəlir
$ 13 050.64
Tutduğu yer
3 -cü yer 500 dollar
Müsahibəni oxu
1.İlk öncə, 141-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

Əli-zadə İsmayıl
Yaşım: 65+
Təhsilim: Ali
İxtisasım: Gəmi maşınları və mexanizmləri üzrə Mühəndis-Mexanik


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

2010-cu ildə İNVESTAZ saytına daxil oldum və müraciət etdim.
Sonra telefon vasitəsilə İNVESTAZ-ın əvvəlki ünvanına dəvət aldım.
FOREX-lə ilk tanışlığım həmin ünvanda Ceyhun bəy İbrahimovla ətraflı şifahi kursda oldu.


4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Əvvəlki konkurslarda -5%-dən 500%-dək nəticələrim olub, amma 1-ci üçlükdə olmamışam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Analiz metodlarindan yalnız Fundamental analizdən və nadir hallarda Texniki analizdən istifadə edirəm.
Ticarət əməliyyatları zamanı yalnız 1 prinsipə əsaslanıram: MONEY MANAGEMENT


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Xeyr, olmayıb.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Bəli, bütün müsabiqələrdə qalib olacağımı ehtimal edirdim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Xeyr, düşünürəm ki, ən yüksək pilləyə də qalxa bilərdim


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Yeni başlayan treyderlərə yalnız 1 tövsiyə verə bilərəmI: MONEY MANAGEMENT
Ticarət əməliyyatı açarkən, hətta 100% əmin olsanız belə, heç vaxt VA BANK getməyin, hər zaman çünki “ Yerə düşən buterbrod” qanunu ilə rastlaşa bilərsiniz,


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Best investorun hal-hazırdakı qaydalarına əsasən, treyder müsabiqənin nəticələrinə görə 1 dəfə birinci üçlüyə düşübsə, gələcək müsabiqələrdə onun iştirak etməyinin daha heç bir əhəmiyyəti qalmır.
Düşünurəm ki, müsabiqədə 2-ci yer tutana daha 1 şans(1-ci yer tutmaq üçün), 3-cü yer tutana isə daha 2 şans (1-ci və 2-ci yer tutmaq üçün) verilsəydi, bu daha ədalətli olardı.


Sıra İştirakçı Kapital InvestCafe