Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
145-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
146-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
147-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
142ci Konkurs
Konkurs 142-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 31-05-2021 08:00:00
Bitmə Tarixi 26-06-2021 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
416
İŞTİRAKÇI SAYI
7 896
ƏMƏLİYYAT SAYI
5 425
ÜMUMİ LOT SAYI
128.7 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
5%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 52%
SELL 48%
Ölkələr üzrə
Azərbaycan: 96%
Rusiya: 1%
İraq: 1%
Pakistan: 1%

Bu konkursun iştirakçıları

Elnur Aydemirov InvestScore: 4.30
Faiz
832 %
Gəlir
$ 27 960.11
Tutduğu yer
Müsahibəni oxu
1.İlk öncə, 140-cu Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Çox sağolun təbrikə görə. Qalib olmaq gözəl hissdir insanı daha da motivasiya edir.

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

1989 cu ildə Bakı şəhərində anadan olmuşam.Turizm institutunu bitirmişəm. Hal hazırda otelçiliklə məşğulam.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Forexlə tanışlığım ilk dəfə İnvestAZ ın internet reklamı ilə yarandı. Diqqətimi çəkdi iqtisadiyyat sahəsindən anlayışım olduğu üçün bu sahədə pul qazanacağımı düşündüm.

4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Bəli bir neçə dəfə iştirak etmişəm ancaq maksimal nəticəm elə 142 ci yarışmada oldu.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Texniki analizə üstünlük verirəm və eyni zamanda maliyyə xəbərlərini də izləyirəm

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Xeyr, heç vaxt ruhdan düşməmişəm. Ümumiyyətlə hər bir sahədə ruhdan düşmək uğura aparan yolun qarşısını alır.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Hər bir qoşulduğum müsabiqədə qalib olacağıma inanmışam.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Əlbətdə qane edir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Yeni başlayan traderlərə məsləhət görərdim ki, bazarda əlverişli şərait olduğu zaman əməliyyat aparsınlar və eyni zamanda risk management qaydalarına riayət etsinlər.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Yarışma yaxşı təşkil olunub hər şeydən çox razıyam.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
Digər qalibləri də təbrik edirəm. Müsabiqə iştirakçılarına da uğurlar arzulayıram. İnvestAz rəhbərliyinə və təşkilatçılara minnətdarlığımı bildirirəm ki belə gözəl yarışma təşkil edib bizə dəstək olur və daha da ruhlandırırlar.

Idris Vahidzade InvestScore: 2.35
Faiz
418 %
Gəlir
$ 15 569.00
Tutduğu yer
Müsahibəni oxu
1.İlk öncə, 140-cu Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Bu konkurs sayəsində sizin şirkəti daha yaxından tanıdğım üçün çox şad oldum.
2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?
Vahidzadə İdris Çingiz oğlu
Yaşım 30
İxtisasım - iqtisadiyyat

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

2008-ci ildə şirkətin reklamı sayəsində tanışlığım olub ilk dəfə. İxtisasımla
Əlaqədar olaraq diqqətimi çəkib.
4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Başqa xarici şirkətlərdə 1-ci ve 3-cü yerlərə layiq görülmüsəm. Sizin şirkətdə dəfələrlərlə
ilk 3-lüyə yüksəlsəmdə sona qədər qoruyub saxlaya bilməmişəm nəticəmi.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Əməliyyatlarımın dəmək olar ki, hamısını texniki analizə əsaslanaraq edirəm.
6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Çox sayda uģursuzluqlarım olsa da məqsədimdə qərarlı olduğum heç vaxt o məqsəddən uzaqlaşmamışam.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Bütün müsabiqələrə başlayanda ancaq qalib olacağıma inanaraq iştirak etmişəm.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Demək olar ki qane edir. Amma daha yaxşı nəticə eldə etmək pis olmazdı.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Tək məsləhətim odur ki, səbirli və məqsədlərində qəti olsunlar.
10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Düşünürəm ki, hər şey çox mükəmməl təşkil edilib.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
Bütün iştirakçilara uğurlar və şirkətinizə daha yüksək yerlər arzu edirəm. Təşəkkürlər.

Faiz
354 %
Gəlir
$ 13 644.10
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital