Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
147-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
144-cü Konkurs
Konkurs 144-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 23-08-2021 08:00:00
Bitmə Tarixi 18-09-2021 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
422
İŞTİRAKÇI SAYI
9 907
ƏMƏLİYYAT SAYI
8 369
ÜMUMİ LOT SAYI
140.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
8%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 51%
SELL 49%
Ölkələr üzrə
Azərbaycan: 96%
Hindistan: 1%
Rusiya: 1%
İraq: 1%

Bu konkursun iştirakçıları

Asef Mammadov InvestScore: 2.60
Faiz
1010 %
Gəlir
$ 33 302.02
Tutduğu yer
1-ci yer 2000 dollar
Müsahibəni oxu
1.İlk öncə, 144-cü Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Çox sağ olun, minnətdaram. Uzun müddətli zəhmətin bəhrəsini görmək əla hissdir.

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

39 yaşım var, ailəliyəm, 3 övladım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Yaxın bir dostum sayəsində oldu. Yəqin ki, bu müsahibəni oxuyur, adı Elxandı. Bu sahə isə maraqlı sahədir, həm qazanc əldə edirsən, həm də daim dünya valyuta siyasətini öyrənmiş olursan.

4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Daha öncə uğurlu iştiraklarım oldu, amma ilk üçlüyə düşəcək qədər sonlandıra bilmədim.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən alligator və fractals qrafiklərindən 4 saatlıq və günlük zaman intervalları ilə texniki analizlər edib və investaz səhifəsində yayımlanan mütəxəssislərin günlük analizlərini nəzərə alırdım

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəli olub, bəzən fasilələr vermişəm. Amma harda səhv elədiyimi düşünüb, onların üzərində çalışıb təkrar yenə cəhd etmişəm

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Bir gün qalib olacağıma əmin idim.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Məncə əladır.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Mütləq və mütləq əvvəlcə bu sahənin təhsilin alıb, öyrənib sonra başlasınlar. Əks halda hər uğusuzluqda həvəsdən düşəcəklər, həm maddi, həm mənəvi itirəcəklər.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Burada qalib olanlar arasında da ayrıca müsabiqə keçirilsə yaxşı olardı. Best of best investors

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
İştirakçılara uğurlar arzulayıram, səbr və israr nəticə gətirəcək. Təşkilatçılara isə dərin minnətdarlığımı bildirirəm, özümüzü sınamaq və göstərmək üçün bizə bu şəraiti yaradıblar.

Azar Mehdiyev InvestScore: 4.85
Faiz
630 %
Gəlir
$ 21 916.08
Tutduğu yer
2-ci yer 1000 dollar
Müsahibəni oxu
1.İlk öncə, 144-cü Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Bu müsabiqədə qalib olduğum üçün çox şadam.

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

Mən Mehdiyev Azər 1964cü ildə ağdam şəhərində anadan olmuşam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Oğlum forex-lə maraqlanırdı mənə də maraq ondan yarandı.

4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə ki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Xeyr, əvvəlki müsabiqələrdə o qədər də yaxşı nəticələrim olmayıb


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən fundamental analizdən istifadə edirəm.

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəzən olub, amma sonra keçib.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Hər dəfə müsabiqələrə qatılanda bunu ehtimal eliyirəm müvəffəqiyyət Allahdandır.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Bəli, kifayət qədər yaxşıdı.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Bu cür ticarət növlərinin real versiyalarında maksimum dərəcədə ehtiyatlı olsunlar, və ticarəti qumar, mərc səviyyəsinə çatdırmasınlar.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Müsabiqə olduqca şəffafdır.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.

Daima səbirli olmağa çalışın.

Rustam Guseynov InvestScore: 4.60
Faiz
287 %
Gəlir
$ 11 613.66
Tutduğu yer
Müsahibəni oxu
1.İlk öncə, 143-cü BestInvestOR müsabiqəsində Birinci yerə layiqgörülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, birqalibkimi öztəəssüratlarınızı bizimlə paylaşardınız:
Gözlənilməz oldu, yenede şadam.
2. Zəhmət olmasa, özünüzhaqqındabirazməlumat verərdiniz?
Mən Hüseynov Rüstəm Saydo oğlu 1975-ci ildə Şəki Şəhərinde anadan olmuşam.1981-1992 illərdə Şəki şəhər 8 Saylı rus dilli orta məkəbi bitirmişəm.Təhsilim var
3. FOREX-lə tanışlığınız necə oldu və busahəyə marağınız nədən irəli gəlir?
İnternet vasitəsi ilə gəlir əldə etmək yolları axtararkən ,bu variantla qazanmaq imkanı olduğunu bildim.Belədə marağım yarandı.
4. Məlumdurki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edəbilmisiniz?
Nətigə olub ancaq yer tutası olmayıb.
5. Zəhmətolmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analizmetodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Texniki analiz edirəm ,fundamental xəbərləri oxuyuram.
6. Elə hallar olubmuki, çoxsaylıuğursuzluqlar nəticəsində“Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Olub ancaq səyflərimi anlamışam ,kecib.
7. Müsabiqəyə başlayarkən qalibolacağınızı ehtimal edirdinizmi?
Qalib olmaq ücün qatılırdım və buna inanırdım.
8. Best InvestOR müsabiqəsində əldəetdiyiniz nəticə Sizi qane edirmi?
Hələki tam yox.
9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
Əvvelgə tam öyrənsinlər.Sonra demo hesabda bir necə dəfə sınaqdan kecsinlər.
10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?
Həvəsləndirigi mükafatlar olmasıni.Yer tutmayanlar arasında bir nəfər secib.
11. Sonda, müsabiqə iştirakçılarına və təışkilatçılarına söyləmək istədikləriniz.
Hecvaxt təslim olmasınlar,biringi özlərinə inam olmalıdır.
Sıra İştirakçı Kapital InvestCafe