Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
129-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
127ci konkurs
Konkurs 127-ci konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 09-09-2019 08:00:00
Bitmə Tarixi 05-10-2019 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
489
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
10%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 54%
SELL 46%
Ölkələr üzrə
Azərbaycan: 90%
İndoneziya: 4%
Türkiyə: 2%
Malayziya: 2%

Bu konkursun iştirakçıları

Reshad Qeniyev InvestScore: 2.45
Faiz
2907 %
Gəlir
$ 90 233.81
Tutduğu yer
Müsahibəni oxu
1.İlk öncə, 127-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Hər dəfə keçirilən müsabiqələrdə iştirak edirdim. Artıq 2-ci dəfədir ki, qalib oluram.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

01.06.1984 Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə” fakültəsini bitirmişəm. Ailəliyəm. Bir övladım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Əvvəllər Foreks haqqında məlumatım yox idi. Bu sahəni mənə dostum öyrətdi və mən isə ətraflı şəkildə öyrənməyə başladım. Hal-haırda müsabiqələrə qatılıram.

4. Məlumdur ki, Siz ilk dəfə deyilki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncə kimi müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Çox vaxt iştirak etmişəm, amma qalib gəlməmişəm. Bu müsabiqədə ən yüksək nəticə əldə etdim.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Bazarda ancaq indiqatorlarla ticarət edirəm. Bu indiqatorlar sahəsində yaxşı nəticələr əldə edirəm.

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Səbirsizlik etdiyim vaxtlar olub, düşünmədən tez əməliyyatlar açmışam. Axırı fikirləşmişəm ki, bu ticarət səbr tələb edir. Səbr edə bilmirsənsə, bazarı tərk etmək lazımdır.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Hər dəfə müsabiqəyə qatılanda qalib olacağımı fikirləşirəm.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Hələki qane edir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Səbrli olmaq, düzgün analizlər edib, əməliyyatlar açmaq lazımdır.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Hər şey öz qaydasındadır. Sadəcə qazandığımız məbləği hesabımızdan çıxara bilsək əla olardı.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.
Bü müsabiqənin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm.
Sebuhi Agamirov InvestScore: 4.40
Faiz
2764 %
Gəlir
$ 85 943.98
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 127-ci Best InvestOR müsabiqəsində İkinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

Mən ali təhsilliyəm. Maliyyə ixtisası üzrə mütəxəssisəm. Bizneslə məşğul oluram.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Forex haqqında məlumatım təhsil aldığım zaman olmuşdur və Amerikada necə ingişaf yolu keçməsi haqqında bilgilərə yiyələnmişəm.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Daha öncəki müsabiqələrdə nəzərə çarpan dərəcədə nəticələr əldə edə bilməmişəm. Səbəbi işimlə əlaqədar olub.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən texniki analiz metoduna arxalanıram və dalğa , baş və çiyin və fibonaçidən istifadə edirəm.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Xeyir. Fikrimnən keçsə də tez özümnən uzaqlaşdırmısan o məğlub fikiri. Səhvlərimi axtarıb tapıb qeyd edib və bir daha həmin səhvi buraxmamağı özüm üçün bir dərs eləmişəm.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Bəli indiki vəziyyətimə görə ehtimal yaranmışdı.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Müəyyən qədər edir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Məsləhətim odur ki özlərinə konkret bir və ya bir neçə ticarət cütlükləri seçsinlər və daima o cütlüklər üzərində necə deyərlər ixtisaslaşsınlar.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Yenilik onu istərdim ki “Best of the Best İnvestOR” adlı bir müsabiqə adı altında şirkətin müəyyənləşdirdiyi hər hansı bir hədəfə çatmaq uğrunda yarış keçirilsin.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.
Hamıya can sağlığı və uğurlar arzulayıram.
Faiz
2253 %
Gəlir
$ 70 599.40
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital