QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
“JCR Eurasia Rating”-dən InvestAZ-a yüksək qiymət
15.02.2018 16:00
PRESS RELİZLƏR

“JCR Eurasia Rating” -dən InvestAZ-a yüksək qiymət

“JCR Eurasia Rating” "InvestAZ Yatırım Menkul Değerler A.Ş."-ni ölkədaxili və beynəlxalq səviyyədə investisiya edilə bilən kateqoriyası üzrə yüksək qiymətləndirdi.

Beynəlxalq Qiymətləndirmə Agentliyi “JCR Eurasia Rating”, InvestAZ-ın aşağı borcluluq dərəcəsi və yüksək sərmayəsi kimi göstəricilərini nəzərə alaraq şirkətin reytinqini beynəlxalq standartlara əsasən “BBB”, aktivlərinin isə 50 mln olduğunu təsdiqləyib.

Bundan başqa “JCR Eurasia Rating” şirkətin uzunmüddətli ölkədaxili notlar üzrə reytinqini “BBB- (Trk)”, qısamüddətli ölkədaxili notlar üzrə reytinqini isə “A-3 (Trk)” səviyyəsində qiymətləndirərək reytinq üzrə proqnozun “sabit” olduğunu təyin etmişdir. Uzunmüddətli Beynəlxalq xarici və yerli valyuta notlarında reytinqinin isə “BBB-” olduğunu açıqlamışdır.

Azərbaycan, Türkiyə və digər bir neçə ölkələrdə uğurlu fəaliyyətini davam etdirən InvestAZ şirkəti, investisiya bazarında peşəkarlığını və xidmət keyfiyyətini investorlara, həmçinin investor olmaq istəyən hər kəsə təqdim etmək üçün çalışır.

Şirkətin beynəlxalq səviyyədə bu cür qiymətləndirilməsi qlobal investisiya bazarında uğurlu bir şirkət olduğunun göstəricisidir və bundan sonrakı fəaliyyətində daha böyük uğurlar əldə edəcəyini hədəfləyir.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA