FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ ANALİZ
Fibonaççi ədədləri

Bu məlumatları dostlarınla paylaş:

FİBONAÇÇİ ƏDƏDLƏRİ

FİBONAÇÇİ ARDICILLIQLARI

Orta əsrlərin ən böyük İtalyan riyaziyatçılarından olan Leanardo Fibonaççinin yaşadığı dövrdə üç kitab yazmışdır və onlardan ən önəmlisi “Liber Abacci”-dir. Kitab, günümüzdə “Fibonaççi ədədləri” olaraq tanınan “1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144….” şəklində sonsuza qədər gedən rəqəmlər ardıcıllığının, problemlərin həllində istifadə edilməsi izah olunur.


Ralph Elliot isə "Təbiət Qanunlar" kitabında təbiətdəki qanunauyğunluqlardan ilham aldığını, hətta onların insan fəaliyyətlərinə belə təsir etdiyini iddia edirdi. O, yeni nəzəriyyənin riyazi bazası olaraq XIII əsrdə yaşamış Fibonaççinin rəqəmsal düzülməsini araşdımış və bu ardıcıllığı "Fibonaççi ədədləri" adlandırmışdır.


Silsilədə yerləşən hər Fibonaççi sayı özündən əvvəlki ədədlərlə riyazi olaraq əlaqəlidir.

QIZIL NİSBƏT

Ardıcıllıqdakı ilk bir neçə rəqəmdən sonra gələn hər bir rəqəmin özündən sonrakı rəqəmə nisbəti təqribən 0.618 ədədinə bərabərdir. Hər rəqəmin özündən əvvəlki rəqəmə nisbəti təqribən 1.618 ədədinə bərabərdir. Bu şəkildə Fibonnaççi ədədləri arasında əldə edilən 1.618 və ya 0.618 nisbətinə “Qızıl Nisbət” adlanır.

Təbiətə baxdığımızda hər yerdə Qızıl nisbət görə bilərik. Məsələn, İnsan bədəninin göbək ilə ayağı arasındakı məsafə belə insan boyunun 1,618-nə bərabər gəlir.

FİBONAÇÇİ ARDICILLIQLARININ XÜSUSİYYƏTLƏRİ

1) Silsilədə yer alan hər sayı özündən əvvəl gələn iki ədədin cəminə bərabərdir. 

    Məsələn:  3+5=8    5+8=13 və s.


2) Fibonaççi say Dördüncü rəqəmdən sonra gələn hər bir rəqəmin özündən sonrakı rəqəmə nisbəti 0.618 ədədinə yaxınlaşır.

    Məsələn:  3/5=0,6    5/8=0,625    8/13=0,615    13/21=0,619 vb.


3) Düzülüşün içindəki hər ədədi özündən əvvəl gələn ədədə bölərək irəliləsəniz çıxılacaq nəticə 1,615 rəqəminə davamlı yaxın olacaq.

     Məsələn:  13:8=1,625    21:13=1,615    34:21= 1,619


4) Rəqəm böyüdükcə müvafiq nisbət 0.618 və ya 1.618 ədədinə yaxınlaşır. Sıradakı hər bir rəqəmin özündən bir rəqəm sonrakı mövqedə yerləşmiş rəqəmə nisbəti 0.382 ədədinə, özündən bir rəqəm əvvəlki mövqedə yerləşmiş rəqəmə nisbəti isə 2.618 ədədinə yaxınlaşır.

     Məsələn:  13:34=0,382    34:13=2,615  


5) Fibonaççi ədədləri maliyyə bazarlarında da qiymət səviyyəsini müəyyən etməyə kömək edir. İlk qiymət hərəkəti sonra gələn, düzəltmə sonrasından ibarət olan yeni hərəkət özündən əvvəlki hərəkət dalğasının 1.618 qatına qədər davam edə bilər.

QIZIL NİSBƏT VƏ

ELLİOT DALĞA
NƏZƏRİYYƏSİ

Elliot dalğa nəzəriyyəsinin riyazi təməlini Fibonaççi ədədləri meydana gətirməkdədir. Ən sadə fiqurlarda belə təməl dalğa formasının Fibonaççi ədədlərinə bölündüyünü müşahidə edə bilərik.


Məsələn:

1 əsas trend 5 dalğalı bir formaya sahibdir. Dövrü tamamlayan dalğalar 2 yerə bölünür: Hərəkətverici Dalgalar (rəqəmlərlə göstərilir) və hərəkət dalğalarının ardından gələn korreksiya dalğaları (hərflərlə göstərilir).


3 növ sadə dalğa modeli mövcuddur:

Beş dövrlü dalğa, Üçlük və Üçbucaq.


5 əsas dalğa modeli mövcudur:

Hərəkətverici dalğalar, diaqonal üçbucaqlar, Ziqzaqlar, İkqat Ziqzaqlar, üçqat Ziqzaqlar



MÜTƏNASİB ANALİZ ÜSULU

Mütənasib analiz üsulu, ard arda gələn qiymət dalğalarının hərəkət və zaman intervalları arasındakı mütənasib əlaələri incələyən analiz üsuludur. 


Bu analiz üsuluna dayanaraq qiymət və zaman baxımından ayrı-ayrı dalğalar arasında sıx görülən bəzi dəqiq proporsional əlaqə səviyyələri təsbit edilmişdir. 

Ümumi dalğalar arasındakı proporsional əlaqə iki qrupa ayrılır: Hərəkət dalğaları ilə geri alış səviyyələri arasında proporsional əlaqə və daxili quruluş dalğaları arasındakı qarşılıqlı proporsional əlaqə.

  • HƏRƏKƏT DALĞALARI ARASINDAKİ FİBONAÇÇİ NİSBƏTLƏRİ

Image title

  • 3-cü dalğadan sonra meydana gələcək 5-ci dalğa boy etibarı ilə 1-ci dalğaya bərabər və ya bu dalğanın 0,618 qatı olacaq.

Hər hansı bir siklın 3 təsiredici dalğalar arasındakı əlaqələri 1,618 və 2,618 Fibonaççi nisbətlərində olduqca təsirlidir.

Image title

  • 3-cü dalğadan sonra meydana gələcək 5-ci dalğa boy etibarı ilə 1-ci dalğaya bərabər və ya bu dalğanın 0,618 qatı olacaq.

Hər hansı bir siklın 3 təsiredici dalğalar arasındakı əlaqələri 1,618 və 2,618 Fibonaççi nisbətlərində olduqca təsirlidir.

  • DALĞA SİKLININ ARASINDAKİ FİBONAÇÇİ NİSBƏTLƏRİ

Image title


Daha əvvəl də bəhs edildiyi kimi hər hansı bir zaman intervalında müəyyən bir qiymət qrafiki bölgəsində çoxlu sayda Fibonaççi əlaqəsi aşkar oluna bilər. Hədəflədiyimiz nöqtə fərqli səviyyələrdəki dalğa əlaqələri istiqamətində birdən çox Fibonaççi nisbəti ilə doğrulana bilirsə ticarət siqnalı təsirini artırmış olur.


Məsələn: Hədəf nöqtəsi ən üst dalğa səviyyəsindəki 2-ci dalğanın 1-ci dalğanı 0.618 nisbəyi qədər geri aldığı hissəyə rast gəlirsə, bu nöqtədə korreksiya siklindəki “a” dalğasının 1.618 nisbəti qədər uzanan “c” dalğası bitirsə və yenə də bu nöqtədən “c” dalğasının daxili quruluşunu əmələ gətirən 5-ci dalğa 1-ci dalğa ilə bərabərdirsə, həmin hədəf nöqtəsində mövcud istiqamətin tamamlanacağı və bazarın yeni istiqamətə girəcəyi hesab oluna bilər.


Göründüyü kimi maliyyə birjalarında da təbiətin bir qanunauyğunluğu olan Qızıl nisbəti qorunur və bundan əmələ gələn Fibanaççi Nisbəti özünü büruzə verir. Fibonnaçi ədədləri ardıcıllığına söykənən mütənasib analiz üsulu hər zaman Elliot Dalğa Nəzəriyyəsinin əsas qaydaları ilə uyğundur.



PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA