FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Likvidlik nədir?

Bu məlumatları dostlarınla paylaş:

LİKVİDLİK NƏDİR ?


Likvidlik, bir maliyyə məhsulunun nağdlaşdırılma imkanına verilən addır.

Bir qiymətli kağız dəyərini çox itirmədən nağdlaşdırıla bilirsə, həmin qiymətli kağızın likvid olduğu deyilir. Başqa sözlə, hər an nağdlaşdırıla biləcəyiniz və bu zaman tələbat azlığı ilə üzləşməyəcəyiniz, yəni asanlıqla alıcısı tapılan maliyyə aləti likviddir.


Asanlıqla pula çevrilə bilən bütün aktivlər likvid olaraq qəbul edilir. Mənbənin hüquqi və ya fiziki şəxslərə aid olması likvid olma xüsusiyyətinə mane olmaz. Misal üçün, hər hansı fiziki şəxsə aid ev, maşın kimi daşınmaz əmlaklar ya da bir şirkətə məxsus istiqraz və bu kimi digər qiymətli kağızlar likvid ola bilər. Həmçinin hüquqi şəxs olan şirkətlərdə likvidlik anlayışı  fərqli bir şəkildə də hesablanmaqdadır. Bir müəssisənin bütün borcunu ödədikdən sonra əldə qalan nağd vəsaiti eyni zamanda şirkətin likvidlik vəziyyətini də müəyyənləşdirməkdədir. Bundan başqa müəssisənin satışa çıxaracağı aktivlərinin nağdlaşdırılması nə qədər asandırsa, aktivin o qədər likvid olduğunu deyə bilərik.

FOREX BAZARINDA LİKVİDLİK ANLAYIŞI


Hər hansı bir iqtisadiyyatda likvidliyin çox olması həmin iqtisadiyyatda nağd vəsaitin çox olmasının bir göstəricisidir. Nağd pulun çox olması o ölkədə nağd hesablaşmaların daha çox həyata keçirildiyini göstərir. Likvidlik dərəcəsinin aşağı olması isə müvafiq iqtisadiyyatda nağd əməliyyatlardan daha çox nağdsız və digər likvidlik səviyyəsi az olan əməliyyatların həyata keçirildiyini göstərir. İqtisadiyyatın tarazlığı baxımından isə hər nağd vəsaitlərin kifayət qədərdə olması lazımdır. Ölkədəki likvidlik səviyyəsinin isə hər iqtisadiyyatın maliyyə quruluşuna görə optimal səviyyədə olması arzu olunandır.


Forex bazarının olduqca likvid olma özəlliyi asanlıqla ticarət etməyə və investisiyanı anındaca nağdlaşdırmağa imkan yaratdığı üçün ən çox üstünlük verilən bazarlardan biridir.


Təbii ki, Forex bazarı hər nə qədər likvidlik səviyyəsi yüksək olan bir bazar olsa da, burada ticarət olunan hər bir maliyyə aləti özü özlüyündə likvidlik səviyyələrinə görə fərqlənməkdədir. Foreksdə investisiya edərkən likvid olan maliyyə alətinin likvidlik səviyyəsini ilk olaraq spred həcminə əsasən anlamaq mümkündür. Misal üçün, bir valyutanın spred xərcinin digər valyutalara görə daha azaldıqca, spred həcmi kiçik olan valyutanın daha likvid olduğu söylənilə bilər.


Forex bazarında tez-tez rast gəlinən başqa bir anlayış isə “Likvidlik təminatçısı” anlayışıdır. Likvidlik təminatçısı vasitəçi qurum olub, vasitəçilik xidməti göstərdiyi investorlarına bazardakı real qiymətlərdən ticarət etmək imkanı yaradır və adətən likvidlik təminatçısı olmayan qurumlardan (şirkətlərdən) daha aşağı bir spred həcmi tətbiq edər. Bir qurumun Likvidlik təminatçısı ola bilməsi üçün güclü bir sərmayə ehtiyatına və yüksək səviyyəli texnoloji təminata sahib olması gərəkdir.


Forex bazarına yatırım etməyin ən önəmli üstünlüklərindən biri də bu bazarın likvid olmasıdır. Belə ki, Forex bazarının 5/24 dünyanın hər yerində ticarət olunan bazar olduğu üçün cəmi əməliyyat həcmi çox böyükdür və çox sayda investorun olduğu bir bazardır. Bu səbəblə manupulyasiya edilməsi demək olarki, imkansızdır.


Forex bazarı likvidliyi çox yüksək olan bir bazardır. Yəni, foreksdə investisiya edərkən alıcı və/ və ya satıcı tapmaq çətinliyi ilə qarşılaşmırsınız. Forex bazarında hər zaman alıcı və satıcı mövcuddur. İnvestor Forex bazarında həm satış, həm alış yönümlü əməliyyatlar aça bilir və hər iki yöndə də əməliyyatını anındaca bağlaya bilir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA