FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞ Foreks nədir ?

Bu məlumatları dostlarınla paylaş:

FOREKS (FOREX) NƏDİR ?

Foreks “Foreign Exchange” sözlərinin qısaldılmasından formalaşan, bir ölkənin valyutasının digər ölkənin valyutasına nisbətən dəyər qazanıb- itirməsinə bağlı iki tərəfli (alış və satış) ticarət imkanı yaradan dünyanın ən böyük maliyyə bazarıdır.

Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyin və FOREKS bazarının əsas məntiqini sadə şəkildə öyrənin.

Forex: Evdə, tətildə və işdə ticarət edə biləcəyiniz, 5/24 açıq investisiya bazarıdır. Əsas olaraq, Forex-i sizə xüsusi xidmət verən, vəsaitinizin 50 dəfəyədək daha dəyərli olduğu, elektron investisiya rahatlığı olan və yüzlərlə maliyyə alətində ticarət edə biləcəyiniz bir mübadilə şöbəsi (exchange) kimi də dəyərləndirə bilərsiniz.

Foreks bazarı banklardan vasitəçi qurumlara, maliyyə qurumlarından fərdi investorlara kimi, bazardakı bir çox iştirakçılar tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə həyata keçirilən valyuta alqı-satqısı üzrə əməliyyətların məcmusunu ifadə edər. FX bazarı digər maliyyə bazarlarından fərqli olaraq, fiziki məkana sahib deyildir. Bu xüsusiyyətilə Foreks bazarı birjadankənar (OTC) bazar tiplidir. Foreks bazarı dünyanın ən böyük beynəlxalq valyuta bazarıdır.


Fərqli saat qurşaqlarındakı bölgələrdə ticarət edən investorlar sayəsində, FX bazarında hər zaman alıcı və satıcı tapmaq mümkündür. Bu baxımdan FX əməliyyatları həftə içi hər iş günü, 24 saat boyunca həyata keçirilə bilməsi səbəbilə cəlbedici bir investisiya vasitəsidir. Tokio, Sidney, London, Frankfurt və Nyu-York Foreks bazarının önəmli mərkəzlərindəndir. Həmçinin Foreks bazarında tətbiq olunan kredit dəstəkli ticarət sistemi həm böyük, həm də kiçik həcmli vəsaitlə ticarət edən investorlar üçün cəlbedici şərtlər təklif edər. Digər investisiya vasitələrində bu imkanlar bu qədər asan deyildir.

5x24 Açıq bazarlar

Hər an investisiya və ticarət etmək imkanı. Zaman məhdudiyyəti olmadan, istədiyiniz saatlarda və müddət ərzində ticarət edin.

1:30-a qədər kredit dəstəyi

Foreks bazarının investora təqdim etdiyi Kredit dəstəyi ilə investisiyanızdan nə qədər gəlir əldə etmək istədiyinizə siz qərar verin.

İki istiqamətli investisiya imkanı

Valyutaların həm dəyər qazanmasından, həm də dəyər itirməsindən gəlir qazanın. Fürsətləri dəyərləndirin.

FOREX BAZARINDA TİCARƏT EDİLƏN ALƏTLƏR


Foreks bazarında valyuta cütlüklərindən, əmtəələrə və indekslərə qədər 100-dən çox maliyyə alətlərində ticarət etmək mümkündür. Bu maliyyə alətləri valyutalar, əmtəə və Fərq müqavilələri (CFD) kimi kateqoriyalaşdırılmışdır. 


Foreks bazarında əməliyyatlar “canlı” (anındaca) qiymətlər üzrə həyata keçirilir. Qlobal bir bazar olması səbəbilə Foreks bazarındakı qiymət dəyişiklikləri daimi və dərhal baş verir.

Həcm olaraq, dünya maliyyə bazarlarında ən çox ticarət dövriyyəsi EUR/USD cütlüyü üzrə həyata keçirilir. Lakin EUR/USD ilə yanaşı bir çox ölkələrdə XAU/USD (Qızıl/ ABŞ Dolları), GBP/USD, USD/JPY, USD/CHF kimi maliyyə alətləri ilə də ticarətə üstünlük verilir. Həmçinin Qızıl, Neft, Gümüş, Pambıq, Şəkər, Paladium kimi əmtəələr və DOU CONS (DOW JONES), SP500, NİKKEİ (YAPONİYA), DAX (Almaniya) kimi dünya birja indeksləri ilə də Foreks bazarında ticarət etmək çox asandır.

Foreks bazarında ən çox ticarət olunan valyutalara ABŞ Dolları (USD), Auro (EUR), Yapon Yeni (JPY), İsveçrə Frankı (CHF) və İngilis Funt-Sterlinqi daxildir.

FOREX BAZARININ

TİCARƏT HƏCMİ 

1998-ci ildə 1.982 trln. ABŞ Dollarına çatan dünya valyuta alqı-satqı əməliyyatları, yəni Foreks bazarının günlük ticarət həcmi hal-hazırda 5.5 trln. ABŞ Dollarına qədər artaraq dünyanın ən böyük və ən sürətlə inkişaf edən maliyyə bazarıdır.


Ən böyük ticarət həcmləri İngiltərə, ABŞ və Almaniya bazarlarında həyata keçirilməkdədir. Həmçinin məcmu FX əməliyyatlarının 70%-i ABŞ Dolları ilə icra olunmaqdadır.

FOREX BAZARININ İŞTİRAKÇILARI

Mərkəzi Banklar

Mərkəzi banklar, ölkələrdə valyuta sistemini təşkil edən bir qurum olaraq valyuta siyasətinə dair hədəflər müəyyən edən və bu hədəflərə çatmaq üçün müxtəlif siyasi vasitələrdən istifadə etmək hüququ olan təşkilatlardır. Mərkəzi banklar pul tədavülü və açıq bazar əməliyyatları ilə iqtisadiyyata müdaxilə edərək iqtisadi hədəflər üçün optimal valyuta siyasətini tətbiq etməklə, qiymət sabitliyini təmin edir.


Mərkəzi banklar valyuta siyasətinin tənzimlənməsindən başqa FOREKS bazarında da olduqca əhəmiyyətli rola sahibdirlər. Mərkəz Banklarının tətbiq etdiyi valyuta siyasəti, "valyuta tədavülü siyasəti" və "valyuta ehtiyatı siyasəti" adlanır.


Valyuta tədavülü siyasəti vəsait təchizatının artırılması və ya faizlərin aşağı salınması ilə iqtisadiyyatda borc xərclərinin və investisiya xərclərinin azaldılmasını hədəfləyir. İqtisadiyyatda isinişmə inflasiyaya, soyuma isə devalvasiyaya gətirib çıxarır. Mərkəzi banklar bu yolla maliyyə bazarında valyuta tədavülünü, inflyasiyanı, faiz dərəcələrini, rəsmi və qeyri-rəsmi valyuta vahidləri dərəcələrini nəzarət altında saxlamağa çalışırlar.


Banklar və Market-meykerlər

Market-meykerlər FOREKS bazarının digər iştirakçıları üçün valyuta cütlüklərini beynəlxalq standartlar daxilində müəyyən etmək səlahiyyətinə sahib qurumlardır. FOREKS bazarında market-meykerlər tərəfindən birjalara təqdim edilən xidmətlərin stabilliyi tənzimləyici təşkilatlar tərəfindən müəyyən olunmuş qaydalar əsasında zəmanət altına alınmışdır.


İdxal/İxrac edən şirkətlər

İdxal - ixrac şirkətləri FOREKS bazarında əsasən risklərin idarə olunması və hedcinq üsulu ilə əməliyyat edən bazar iştirakçılarıdır. Bazarda idxal - ixrac edən bu şirkətlər ticarət edərək valyuta risklərinə nəzarət edirlər. Məqsəd, şirkəti fəaliyyətindən irəli gələn valyuta risklərindən qorumaqdır.


Valyuta əməliyyatları ilə müqayisədə digər maliyyə bazarlarından daha çox üstünlüyə malik olan FOREKS bazarı korporativ investorlar üçün daha sərfəlidir. Qiymətli və əlvan metal sənayesində əmtəə ticarəti edən şirkətlərin FOREKS bazarında yer almalarının səbəbi, bu məhsulların qiymətlərinin dinamikasından əmələ gələn dalğalanmalardan minimum risklə qorunmasıdır. Şirkətlər FOREKS bazarının əməliyyat xüsusiyyətlərindən faydalanaraq etdikləri fiziki ticarətin riskini idarə etməyə çalışırlar.


FOREKS bazarında iki istiqamətli ticarət sayəsində qiymətlər enəndə də, qalxanda da gəlir əldə etmək mümkündür.


İnvestisiya Fondları

İnvestisiya fondları müştərilərə məxsus böyük hesablara nəzarət etmək məqsədi ilə alqı-satqı əməliyyatlarının asanlaşdırılması üçün FOREKS bazarından istifadə edirlər. Bundan əlavə investisiya fondları risklərini idarə etmək və gəlir əldə etmək üçün FOREX bazarında ticarət əməliyyatları həyata keçirirlər. İnvestisiya fondları böyük vəsaitlərə sahib olduqları üçün iri həcmli ticarət əməliyyatları həyata keçirmək imkanına sahibdirlər.


Fərdi İnvestorlar

FOREKS bazarında fərdi şəkildə hesab açaraq ticarət edənlər bu işi peşəkarlıqla həyata keçirən təşkilat və broker şirkətlərindən xidmət alan şəxslərdir. 


Fərdi investorlar FOREKS və spot bazarındakı qiymət dəyişikliklərindən faydalanaraq vəsaitlərini dəyərləndirmək üçün investisiya edən şəxslərdir. 


FOREKS bazarında əmələ gələn dalğalanmaların digər bazarlarla müqayisədə daha çox olması fərdi investorlar və spekulyantlar üçün daha cəlbedicidir.


NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA