FOREXPEDIA
FOREX-İN ƏSAS ANLAYIŞLARI
Swap nədir?
Svopun hərfi mənada tərcüməsi “mübadilə, dəyişmək” mənalarını ifadə edir. Maliyyə bazarlarında isə SVOP: İki tərəfin məlum zaman kəsiyində bir varlıq yaxud da öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirdikləri bir mübadilə anlaşmasıdır.
Forex əməliyyatlarında alınan pul borc verilir, satılan pul isə borclanılır. Svop qarşılığı ticarət olunan valyuta məzənnəsində mövqe vəziyyətinə əsasən aşağı və yüksək faiz əlaqələrinə görə hesablanır.
Forex bazarında SVOP (SWAP)
anlayışı “gecəlik faiz xərci” və ya “ötürülmə, köçürmə xərci” olaraq da anlaşılır.
İki valyutadan yüksək faiz dərəcəsinə malik olanı satıb, aşağı faizli olanı alınırsa, aşağı faizli valyuta növünün növbəti günə ötürülmə (daşınma) xərcinin ödənilməsinə razı olunmuşdur və həmin xərc investorun hesabında Svop xərci olaraq əks olunur.
Məsələn:
USD/TRY valyuta cütlüyü üzrə alış mövqeyində olan investor, maliyyə dili ilə desək, Türkiyə Lirəsini (TRY) satıb, daha aşağı faizli ABŞ Dolları (USD) almış olduğu üçün bu ticarət əməliyyatının investora Svop adı altında mənfi yönümlü bir əvəzi (SVOP xərci) ortaya çıxacaqdır.
SƏRFƏLİ SVOP NİSBƏTLƏRİMİZİ KƏŞF EDİN!
Təqdim etdiyimiz sərfəli Svop nisbətlərimizi müqayisə edərək, aşağı xərclərlə investisiya etmənin üstünlüklərini kəşf edin.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.