FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

OSİLYATORLAR
RSI

Bu məlumatları dostlarınla paylaş:

RSI-OSİLYATOR

Bazar iştirakçıları arasında ən çox istifadə olunan texniki göstərici RSI (Relative Strength Index) Nisbi Güc İndeksi 1978-ci ildə C. Uiller tərəfindən yaradılmışdır. Bir momentum xəttinin müəyyən olunmasındakı ən əsas problem, müəyyən bir zaman intervalındakı bəzi dəyərlərdə görülən kəskin artım və ya enişlərdir. Bu kəskin artım və ya enişlər momentum xətlərinin ani olaraq dəyişməsinə səbəb ola bilər. RSI bu dəyişmələri ən aza endirəcək korreksiya əməliyyatını həyata keçirir.


RSI aşağıdakı düstur ilə hesablanır:

RSI= 100 - (100/(1+RS))

RS= AUn / ADn


AUn = əvvəlki n gün ərzində mövcud qiymətlərdən yüksəkdə yerləşmiş bağlanış qiymətlərinin orta göstəricisidir.

ADn = əvvəlki n gün ərzində mövcud qiymətlərdən aşağıda yerləşmiş bağlanış qiymətlərinin orta göstəricisidir.

RSI konsolidə edilmiş bazarlarda yaxşı nəticə verən və tez-tez istifadə olunan bir texniki göstəricidir.


Sizin üçün hazırlanan 3 dəqiqəlik qısa videonu izləyərək RSI OSİLYATORU haqqında məlumat ala bilərsiniz. 

RSI İSTİFADƏSİ

RSI indikatoru dəyişmə diapazonu 0 ilə 100 arasındadır. İndikator xəttinin həddindən artıq alış-veriş bölgələrinə yaxınlaşması əməliyyat siqnalı kimi qəbul edilir. Satış əməliyyatlarının yerləşdirilməsi üçün optimal səviyyə 75, alış əməliyyatlarının yerləşdirilməsi üçün isə optimal səviyyə 25 hesab edilir.


75 səviyyəsi həddindən artıq alış sərhədi, 25 səviyyəsi isə həddindən artıq satış sərhədi kimi qəbul edilir. RSI ossilyatorunun 9 və 14 günlük istifadəsi olduqca geniş yayılmışdır. RSI qiymət dəyişikliyinə bağlı olduğundan indikator yalnız hər bağlanış qiymətindən sonra dəqiq əməliyyat siqnalı verə bilir. Qiymətlər yeni zirvəyə əmələ gətirdikdə, RSI yeni zirvə əmələ gətirmirsə və əməliyyat həcmi getdikcə azalırsa bu vəziyyət trendin istiqamətini dəyişəcəyinə bir işarədir. Eniş istiqamətində isə eyni fərziyyələr əks istiqamətdə tətbiq olunmaqdadır.

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA