QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Volatillik nədir?

Bu məlumatları dostlarınla paylaş:

VOLATİLLİK NƏDİR ?

Volatillik, Forex bazarında investisiya vasitəsinin qiymətindəki dəyişiklik deməkdir. Bu dəyişiklik maliyyə alətinin müəyyən bir zaman intervalında riskini ölçür.

Volatillik sözü lüğəti olaraq "qeyri-sabit" mənasını verməkdədir. Volatillik, qiymətlərdəki dəyişikliyin nə qədər yüksək fasilələrlə reallaşdığını, maliyyə məhsulun qiymət hərəkətləri arasındakı fərqin böyüklüyünü ölçür. Qısacası, volatilliyi yüksək olan maliyyə alətinin riskinin yüksək, volatilliyi aşağı olan maliyyə alətinin isə risk səviyyəsinin aşağı olduğunu söyləyə bilərik. Volatillik, aşağı və ya yuxarı, hər iki istiqamətə də dəyişiklikləri ölçür. 


Qiymətlərin, ortalama qiymətdən nə qədər uzaqlaşdığını ölçdüyümüz volatillik anlayışına "Dalğalanma səviyyəsi" də deyilir.

Tezliklə VOLATİLLİK haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz.

PULSUZ SEMİNAR İLƏ YATIRIMÇI OLMAĞA İLK ADDIMINIZI ATIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

ÖDƏNİŞSİZ QATIL

FOREX BAZARLARINDA VOLATİLLİK


Məlum olduğu kimi Forex bazarı bir çox üstünlükləri olan bir investisiya bazarıdır. Məhsul müxtəlifliyi, iki istiqamətli əməliyyat imkanı, 24 saat işləyən bir bazar olması, aşağı xərc ilə ticarət və xüsusilə Kredit çiyni dəstəyinin istifadə üstünlüyü, Forex bazarında kiçik miqdarlarla yüksək qazanclar əldə edə bilmək imkanı yaradır. Lakin bütün bu üstünlüklərlə yanaşı Forex bazarında risklərdə mövcuddur. Forex bazarının riskli olma səbəbi isə digər investisiya bazarları ilə müqayisədə volatilliyin yüksək, anlıq maliyyə xəbərlərinə, iqtisadi dəyişikliklərə qarşı həddindən artıq həssas olması və sürətli reaksiya göstərməsidir. Bu səbəbdən, Forex bazarında əməliyyat edərkən doğru Kredit çiyni seçimi, düzgün əməliyyat həcmi təyin etmək nəzərə alınmalıdır. Forex bazarı iqtisadi gündəmə və pul siyasətlərinə həssas bir bazar olduğu üçün anlıq və böyük nisbətdə qiymət hərəkətləri yarana bilər. Bu vəziyyətdə açıq əməliyyatı olan bir investor, əks istiqamətdə reallaşan bir qiymət hərəkətinin təsiriylə ciddi itkilər yaşaya bilər. Buna görə investorların risk iştahlarını doğru təyin edə biləcəkləri miqdarda zərəri də gözə almaları lazımdır.


Forex-də ticarət edərkən Valyuta, İndeks və Əmtəələrin risk ölçülməsini doğru bir şəkildə edə bilmək üçün yatırım miqdarı ilə məhsul volatilliyi arasındakı əlaqəni doğru qurmaq lazımdır.    


Volatilliyi ölçmək üçün Forex bazarında və bütün investisiya bazarlarında bəzi osilyatorların köməyi ilə texniki analiz edilir. Volatilliyin ölçülməsində ən çox istifadə edilən texniki göstərici "Dəyişən orta göstərici" (MA)-dır. Dəyişən orta göstəricidə, qiymət dəyişikliyini xarakterizə edən qrafik çubuqlar orta xətt göstəricisindən yuxarıda və ya aşağıda olduğu zaman trendin davam edəcəyi ehtimalı daha yüksəkdir. Qrafik çubuqlar orta xətti kəsdiyi və ya ona toxunduğu zaman trendin istiqamətini dəyişəcəyi ehtimalı artır, xüsusən bağlanış qiymətləri müvafiq olaraq orta xətti kəsdiyi zaman bu ehtimal daha da böyük olur.


Misal üçün;

Beynəlxalq indekslərdə adətən vahid qiymət hərəkətlərinin belə çox sərt şəkildə yüksəldiyini və ya düşdüyünü görə bilərik. Bu məhsullarda əməliyyat edəcəyiksə, ani qiymət hərəkətlərində "Stop out" olmamaq üçün, yatırdığımız məbləğin çox kiçik bir qismi ilə əməliyyat həyata keçirməliyik, yəni başqa cür desək "Margin" səviyyəmiz riskli məhsullarda əməliyyat edərkən yüksək olmalıdır.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA