FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

FUNDAMENTAL ANALİZ
İnflyasiya nədir?

Bu məlumatları dostlarınla paylaş:

İNFLYASİYA NƏDİR ?

İnflyasiya, bir ölkədəki mal və xidmətin satın aldığımız qiymətinin davamlı olaraq artım göstərməsidir.

Ölkələrin ümumi mənada illik olaraq inflyasiya hədəfləmələri vardır. Bu illik faiz əsasda artım olaraq qiymətləndirilir. İnflyasiya olduğunda ölkənin pul vahidinin dəyəri sabit olaraq qala bilməz.


İnflyasiya məhsul və xidmətlərə olan tələbin qarşılanmaması nəticəsində meydana gəlir. İqtisadiyyatda istehsal miqdarına tələb artarsa məhsul və xidmətlərə görə ödənilən qiymət artır.

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

HADİSƏLƏRİN İNFLYASİYA ÜZƏRİNDƏ TƏSİRİ

Deflyasiya qiymətlərdə ümumi mənada davamlı eniş olduğu zamandır. İnflyasiyanın tərsi olaraq qəbul edilir.


Hiperinflyasiya qiymətlərdə ümumi 200%-dən artıq yüksəlişin olduğu və tarixdə daha da üst səviyyələrin görüldüyü (1923-cü ildə Almaniya iqtisadiyyatında yaşanan 2500%-lik inflyasiya nisbəti hiperinflyasiyaya ən yaxşı nümunədir) bir iqtisadi böhrandır

Stagflyasiya iqtisadiyyatın ən çox qorxduğu hər mənfiliyi ilə üst-üstə gəldiyi, yəni, yüksək işsizlik və inflyasiyanın iqtisadi durğunluq ilə birləşdiyi vəziyyətdir.
 


Son illərdə, inkişaf etmiş ölkələrin hədəf inflyasiya dərəcələri 2-3% ətraflarındadır.

İNFLYASİYANIN SƏBƏBLƏRİ NƏLƏRDİR?

Iqtisadçılar inflyasiya üzərində uzun illərdir müzakirə etsələr də, bu mövzunu dəqiq bir səbəbə bağlaya bilməyiblər. Ancaq ümumi olaraq 2 nəzəriyyə üzərində çalışmışlar.


  1. Nəzəriyyə :  Satın alma gücünün çox olduğu və bazardakı məhsulların isə az olduğu vəziyyətlərdə ortaya çıxır. Yəni, tələbin təklifdən daha çox olduğu vəziyyətlərdir.

  2. Nəzəriyyə :  Şirkətlərin xərcləri artdıqda mənfəət marjasını qorumaq üçün qiymət artırmaq lazımdır. Artan xərclər idxalın ödəniş, vergi və ya gözlənilməz xərclər kimi vəziyyətlər ola bilər.

İNFLYASİYA XƏRCLƏRİ NƏLƏRDİR?

Demək olar ki, bir çoxları inflyasiyanın pis olduğunu düşünür, amma bu yüzdə bir nisbətdə pis bir vəziyyət deyildir. İnflyasiya fərqli üsullarla ölkələrin iqtisadiyyatında fərqli təsir yaradır. Eyni zamanda bu inflyasiyanın hədəflənən və ya hədəf xarici olub olmadığına bağlıdır. İnflyasiya nisbəti xalqın rifah səviyyəsində (hədəflənən inflyasiya) əhəmiyyətli bir dəyişikliyə yol açmırsa bu inflyasiya kompensasiya edilə bilər və ölkə daxilində xərci yüksək olmayacaqdır. Məsələn, Banklar faiz dərəcələrini dəyişdirə bilər və işçi maaşlarında artımlar bu inflyasiya nisbətini kompensasiya edə bilər. Hədəflənməyən inflyasiya olduğunda bu problemlər ortaya çıxa bilər;


Borc verənlər inflyasiya dərəcələrini doğru təxmin edə bilməzsə borclular qazanar. Pulun bugünkü dəyəri ilə gələcək dəyəri arasında bir azalma varsa, borc alanlar üçün bu vəziyyət faizsiz kredit almağa bənzəyəcək.


İnflyasiya dərəcələrində şirkətlər üçün daha az investisiya, istehlakçı üçün isə daha az xərcləmə mənasına gələcək. Bu da uzun müddətdə iqtisadiyyatı resesyona belə sürükləyə bilər.


Ölkədəki hər məhsulun qiymətlərində anlıq birja qiymətləri kimi dəyişikliklər ola bilər. İstehsalçı üçün də, istehlakçı üçün də sıxıntılı vəziyyətlər ortaya çıxar. Inflyasiya dərəcələri digər ölkələrə görə daha yüksəkdirsə, yerli məhsullarda rəqabət gücü düşəcək. İstehlakçılar mal-xidmət qiymətlərini davamlı artmasından şikayət edər. Burada əsl soruşulması lazım olan sual əməkhaqqı artım ilə mal-xidmət qiymətlərindəki artımın eyni sürətdə olub olmadığıdır.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA