FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Kredit çiyni nədir?

Bu məlumatları dostlarınla paylaş:

KREDİT ÇİYNİ NƏDİR ?

Kredit çiyni (kredit dəstəyi) ticarət - vasitəçi şirkətlərin tətbiq etdiyi və FOREX əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan sistemdir. Kredit çiyni (kredit dəstəyi ) FOREX bazarında kiçik yatırımlarla daha böyük ticarət əməliyyatlarını icra etməyimizə şərait yaradan bir vasitə olmaqla yanaşı, yüksək risk dərəcəsinə malik olması səbəbilə əməliyyatların icrası zamanı düzgün risk idarəsi strategiyamızı da inkişaf etdirməyimizi zəruri edir.


Tezliklə KREDİT ÇİYNİ haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz. 

Kredit çiyninin (dəstəyinin) səviyyəsi artdıqca həm qazanc, həm də risk artdığından kredit çiyni (dəstəyi) ilə əməliyyatlar fərqli bir risk yanaşması tələb edir. Əməliyyat həcmi ilə əsas yatırım həcmi arasındakı mütənasib fərq investorun mütləq qaydada diqqət önündə saxlamalı olduğu bir ünsürdür.

Azərbaycan FOREX bazarında QKDK tərəfindən tənzimlənməsinə icazə verilən maksimal kredit çiyni 1:100-dür.

FOREX bazarında kredit çiyninin (dəstəyinin) özəllikləri aşağıdakı kimi sıralana bilər:


  1. İnvestor kredit çiynindən (dəstəyindən) istifadə üçün hər hansı bir xərcə məruz qalmaz

  2. Maksimum kredit çiyni (dəstəyi) nisbəti vasitəçi qurumların tətbiqlərinə bağlı olaraq, bəzi maliyyə alətlərində fərqlilik yarada bilər.

  3. Kredit çiyni (dəstəyi ) gəlir və zərərə təsir edən bir parametr deyildir.

  4. Kredit çiyni (dəstəyi) nisbəti endikcə təminat nisbəti artar

  5. Kredit çiyni (dəstəyi) nisbəti investora kapitalından dəfələrlə çox həcmdə əməliyyatı icra etmək imkanı təqdim edər

  6. FOREX bazarında tətbiq olunan Kredit çiyni (dəstəyi) ilə ticarət sistemi həm böyük investorlar, həm də kiçik investisiya həcmi ilə çalışan investorlar üçün üstünlüklər yaradar. Digər yatırım bazarlarında yatırım imkanları bu qədər asan deyildir

  7. İnvestor Kredit çiyni (dəstəyi) üstünlüyü sayəsində kiçik təminatlarla böyük ticarət əməliyyatlarını icra etmək şansına malik olur

  8. İcra olunan ticarət əməliyyatının nəticəsində müştəri zərərə uğrasa belə, cəmi zərər təminat miqdarından çıxılır. Ticarət əməliyyatından gəlir qazanılmışsa, cəmi gəlir müştəri hesabına köçürülər

  9. Təminat miqdarı seçilmiş Kredit çiyni (dəstəyi) nisbəti və lot miqdarı ilə yaxından əlaqəlidir

  10. Kredit çiyni (dəstəyi) nisbətinin artması lazımi təminat miqdarını azaltsa da, risk nisbətini artırar.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA