FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Forex əmr növləri

Bu məlumatları dostlarınla paylaş:

FOREX ƏMR NÖVLƏRİ HANSILARDIR?

Bazar əmri (Market Order):

Anlıq bazar qiymətində verilən alış və ya satış əmrlərinə “Bazar Əmri” deyilir. Bazar əmri verildiyi an həyata keçirilən əmr alətidir. Bazar əmri verən bazar iştirakçısı seçdiyi maliyyə alətinin anlıq qiymətinə görə alış və ya satış əməliyyatları həyata keçirir.


Saxlama əmrləri (Stop Loss/Take Profit):

Saxlama əmrləri qiymətin müəyyən bir səviyyəyə gəldiyi zaman açıq əməliyyatları bağlamaq məqsədi ilə istifadə olunur. Saxlama əmrləri açıq əməliyyatlarda istifadə olunduğundan, anlıq bazar qiyməti ilə güclü əlaqədədir. SL və TK əmrləri əməliyyat həcmindən asılı olmayaraq bütün açıq mövqelərdə istifadə oluna bilər.

Tezliklə FOREX ƏMR NÖVLƏRİ haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz. 

Stop Loss (Zərəri saxla):

Satış əməliyyatlarında, bazara girilən qiymətin üstündə müəyyənləşdirilmiş bir qiymət səviyyəsini, alış əməliyyatlarında isə caru qiymətin altındakı qiymət səviyyəsini müəyyən edərək, qiymət o səviyyəyə gəldiyində mövqenin avtomatik bağlanmasını təmin edir. Yarana biləcək zərər vəziyyətində, qiymət göstərilən səviyyəyə gəldiyində əməliyyat avtomatik olaraq bağlanır və daha çox zərərin əmələ gəlməsinin qarşısını alır. Stop Loss əmri bazar iştirakçısının balansının zərər səviyyəsinə dözə biləcəyini müəyyən etməsi və daha çox zərərin əmələ gəlməsinin qarşısını almağı təmin edən əmr alətidir. Stop Loss əmrləri həm satış həm də alış əməliyyatlarında istifadə oluna bilər.


Take Profit (Mənfəət Götür):

Alış əməliyyatlarında, bazara girilən qiymət üzərində bir səviyyədə girilməsi ilə bazar qiymətinin o səviyyəyə gəldiyində əməliyyatı avtomatik bağlanmasını təmin edən, satış əməliyyatlarında isə cari qiymətin altında müəyyən olunmuş bir qiymətdə daxil qiymətin o səviyəyə gəldikdə əməliyyatın avtomatik bağlanmasını təmin edən əmrlər “Mənfəət Götür” əmrləridir.

TP əmri, irəliyə istiqamətli əməliyyat bağlama əmridir və bu əmr növünün funksiyası, mövqeyi mənfəətlə bağlamaqdır. TP əmri, bazar qiymətinin daha çox yüksələcəyi təxmini ilə daxil edilir. Bazar iştirakçısının hədəfi mənfəətə çatdığı nöqtədə əməliyyatını bağlamaqdır.

PULSUZ FOREX SEMİNARI İLƏ YATIRIMÇILIĞA İLK ADDIM.

#ÖyrətməkOlsun sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ QATIL

Buy Stop:

Bazar qiymətinin üzərindəki qiymət səviyyəsidən alış əməliyyatına girməyə imkan verən əmr alətidir. Yuxarı qiymətdən alış etmək məntiqli olmasa da, bazar iştirakçısı qiymətin texniki olaraq qiymətin qalxacağını ehtimal edərək “Buy Stop” əmrlərini istifadə edə bilər.


Sell Stop:

Bazar qiymətinin altındakı qiymət səviyyəsindən satış əməliyyatına girməyə imkan verən bir əmr alətidir. Aşağı qiymətdən satış etmək məntiqli olmasa da, bazar iştirakçısı qiymətin texniki olaraq qiymətin düşəcəyini ehtimal edərək “Sell Stop” əmrlərini istifadə edə bilər.


Limit Əmrləri (Buy Limit/Sell Limit):

FOREX bazarında ticarət etmək istəyən rasional bir bazar iştirakçısı, hər zaman alış əməliyyatlarında ən aşağı qiymətdən alış etmək, satış əməliyyatlarında isə ən yüksək qiymətdən bazara girmək istəyir. Limit əmrləri, bazar iştirakçısının müəyyən etdiyi bazar qiymətinin optimal səviyyəyə gəldiyində əməliyyat açmasını təmin edir.


Buy Limit (Alış Limiti):

Bazar qiymətinin mövcud səviyyəsindən daha aşağı bir səviyyəyə gələcəyini ehtimal edən bazar iştirakçıları, müəyyən etdiyi qiymət səviyyəsinə buy limit əmri verdikdə, qiymət müəyyən olunmuş səviyyəyə gəldiyi zaman avtomatik olaraq əməliyyat həyata keçirilir. Buy Limit əmrləri sadəcə alış əməliyyatlarında istifadə olunur.


Sell Limit (Satış Limiti):

Bazar qiymətinin mövcud səviyyəsindən daha yüksək bir səviyyəyə gələcəyini ehtimal edən bazar iştirakçısı, müəyyən etdiyi qiymət səviyyəsinə sell limit əmri verdikdə, qiymət müəyyən olunmuş səviyyəyə gəldiyi zaman avtomatik olaraq əməliyyat həyata keçirilir. Sell limit əmrləri sadəcə satış əməliyyatlarında istifadə olunur.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA