FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

OSİLYATORLAR
Momentum

Bu məlumatları dostlarınla paylaş:

MOMENTUM OSİLYATOR

Momentum osilyatoruna  "sürət göstəricisi" də deyə bilərik. Başqa bir sözlə desək, trendin sürət qazanıb qazanmadığını ölçür.

Momentum hesablanarkən, keçmiş dövr qiymətlərinin proporsional şəkildə dəyişməsini ifadə edilir. Qiymət dəyişmələrinin nə qədər güclü olduğu və var olan trendin nə qədər davam edəcəyi haqqında məlumat verir. Bir sözlə momentum, qiymət artımlarının və enişlərin sürəti haqqında məlumat verir.


Momentum, osilyator içərisində analiz edərkən sıx istifadə edilən göstəricidir və bu şəkildə hesablanır;


Momentum = c * 100 / n

c = Sonuncu bağlanış qiyməti

n = Gün sayı


Momentum avtomatik olaraq sistemlərdə 14 günlük (n = 14) bir müddət üçün hesablanır. Lakin qrafikdə momentum əyrisi üzərinə gələrək, xüsusiyyətlər qisimindən istənilən uzunluqda gün sayı daxil ola bilər.

Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyərək MOMENTUM OSİLYATORU haqqında məlumat ala bilərsiniz.

Momentum qrafiki 100 ox ətrafında fırlanır.

İndikator əyrisinin 100 səviyyəsini aşağıdan yuxarı kəsməsi alış istiqamətli, yuxarıdan aşağıya doğru kəsməsi isə satış istiqamətli olaraq şərh olunur. 120 və 80 səviyyələri həddsiz alış və satış bölgələrini təmsil edir. Əgər ossilyator 120 səviyyəsini yuxarıdan aşağı doğru kəsirsə satış, 80 səviyyəsini aşağıdan yuxarı doğru kəsirsə alış siqnalı deməkdir.


Ayrıca başqa bir əhəmiyyətli nöqtə isə momentum xətti və qiymət hərəkətləri arasında uyğunsuzluq ola biləcəyi istiqamətindədir. Momentum əyrisi və qiymət hərəkətləri arasındakı uyğunsuzluq görüldüyü təqdirdə mövcud qiymət hərəkətinin istiqamətinin dəyişəcəyi deyilə bilər.


PULSUZ FOREX SEMİNARI İLƏ YATIRIMÇILIĞA İLK ADDIM.

#ÖyrətməkOlsun sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA