FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Lot Nədir?

Bu məlumatları dostlarınla paylaş:

LOT NƏDİR ?


“Lot” hərfi mənada “bölüşdürmək, hissələrə ayırmaq” kimi mənaları ifadə edir.

Forex bazarında isə 1 lot 100 000 vahidin bir yerdə toplanmasından əmələ gələn həcmdir. Forex bazarında investisiya etmək üçün müəyyənləşdirdiyiniz sifariş həcmi lot ilə ifadə olunur və sifarişiniz sistemə lotla ifadə olunmuş şəkildə daxil edilir. Bir sözlə, 1 lot valyuta cütlüklərində sol tərəfdəki valyutadan 100 000 ədədlik bir həcmi ifadə edir.


Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyərək LOT haqqında məlumat ala bilərsiniz.


NÜMUNƏ

Hesab edək ki, EUR/USD valyuta cütlüyünün spot dəyəri 1.1200-dır. EUR/USD cütlüyündə qiymətlərin artacağını düşünən bir investor  1 Lot alış əməliyyatını həyata keçirmək istərkən, əslində, 1.1200*100000= 112 000 USD sataraq 100 000 EUR almış olur. Burada alınan valyuta Euro 100 000 vahiddən, yəni 1 lotdan formalaşır.


Diqqət edilməli mühim məsələ ondan ibarətdir ki, 100 000 Euro-luq həcm əldə edilən gerçək miqdar deyil, müəyyən miqdarda təminat və seçilmiş kredit dəstəyinin (çiyninin) təsiri ilə gəlir və ya zərərinə ortaq olunan ticarət əməliyyatının həcmidir.

LOT NÖVLƏRİ

Forex bazarında investorlar 1 Lotluq əməliyyat həcmi yerinə daha kiçik əməliyyat həcmi ilə investisiya etməyə üstünlük verə bilərlər. İnvestorların Forexdə ən çox istifadə etdikləri Lot növləri Mini və Mikro Lotlardır.


Mini Lot

Mini Lot 0.1 Lot, yəni 10 000 vahidə bərabərdir. Məsələn, EUR/USD cütlüyünün qiymətinin 1.1200 olduğunu hesab edərsək, 0.1 Lotluq alış əməliyyatının həcmi 10 000* 1.1200= 11 200$-a bərabər olacaqdır.


Mikro Lot

Mikro Lot 0.01 Lot, yəni 1 000 vahidə bərabərdir. Məsələn, EUR/USD cütlüyünün qiymətinin 1.1200 olduğunu hesab edərsək, 0.01 Lotluq alış əməliyyatının həcmi 1 000* 1.1200= 1 120$ olacaqdır.

FOREX ƏMƏLİYYATLARINDA TƏMİNAT HESABLANMASI

Forex bazarında əməliyyatları icra etmək üçün hesabınızda müəyyən həcmdə minimum kapitalın, yəni kifayət qədər təminat miqdarının olması vacibdir. Seçdiyiniz kredit dəstəyi (çiyni) nisbəti, əməliyyatın həcmi (Lot) və ticarət edəcəyiniz maliyyə alətinin bazarda həmin andakı qiyməti hesabınızda lazımi həcmdə olmalı olan təminat miqdarına birbaşa təsir göstərir.

KREDİT ÇİYNİ NİSBƏTİNİN TƏMİNAT MİQDARINA TƏSİRİ


Forex bazarında ticarət etmənin ən böyük üstünlüklərindən biri də şübhəsiz ki kredit dəstəyi (çiyni) sistemidir. İnvestisiyalarınızda seçdiyiniz kredit dəstəyi (çiyni) nisbəti tələb olunan təminat miqdarına birbaşa təsir göstərir.  Seçdiyiniz Lot həcmi və valyuta cütülüyünün qiyməti sabit qalarkən, kredit dəstəyi (çiyni) nisbətini artırmağınız sizə eyni ticarət əməliyyatını daha az təminat məbləği ilə həyata keçirməyə imkan yaradar.


Misal üçün,

EUR/USD cütlüyündə 1:100 kredit dəstəyi (çiyni) ilə 1 Lot alış əməliyyatı həyata keçirmək istədiyinizi hesab edək:

Tələb olunan təminat məbləği aşağıdakı şəkildə hesablanır:


Təminat= (Valyuta cütünün bazar qiyməti*ticarət həcmi*Lot)/ Kredit dəstəyi (çiyni)

Təminat= (1.1200*100.000*1) / 100 = 1 120$

Lakin siz kredit dəstəyi (çiyni) nisbətinizi 1:100 deyil, 1:10 olaraq seçsəydiniz, o zaman tələb olunan təminat məbləğiniz aşağıdakı kimi olacaqdı:

Teminat = (1.1200*100.000*1) / 10 = 11 200$



Kredit çiyni (dəstəyi ) nisbəti artdıqca investisiyalarınızın risk səviyyəsi də artar, Lot miqdarınız eyni qaldıqca isə tələb olunan minimum təminat məbləği azalar.


LOT HƏCMİNİN TƏMİNAT MİQDARINA TƏSİRİ


Kredit dəstəyi (çiyni) və investisiya ediləcək maliyyə alətinin qiyməti sabitdirsə, Lot həcmini artırmağınız daha çox təminat yatırmağınızı tələb edir. Lot həcmini kiçiltməniz isə daha az miqdarda təminatla ticarət əməliyyatına başlamağınız üçün yetərlidir.


Misal üçün:

Kredit dəstəyi (çiyni) nisbəti 1:100 və qiymət 1.1200 səviyyəsində olarkən 1 Lot EUR/USD cütlüyü üzrə alış əməliyyatını yerinə yetirmək üçün investisiya etməyiniz tələb olunan təminat miqdarı aşağıdakı həcmdə olacaqdır:


Təminat= (1.1200*100 000*1)/100= 1 120

Lot həcmini azaldaraq 0.1 seçdiyiniz təqdirdə isə tələb olunan təminat miqdarı aşağıdakı həcmdə olacaqdır:

Təminat= (1.1200*100 000*0.1)/100= 112$ olacaqdır.


Lot miqdarınız artdıqca, tələb olunan təminat miqdarı da artar. Qısacası, Lot miqdarı tələb olunan minimum təminat miqdarı ilə düz mütənasibdir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA